Əsas Səhifə > Əsas xəbərlər > AZƏRBAYCANlı milyarderin MENECERLƏRİ həbs edildi
AZƏRBAYCANlı milyarderin MENECERLƏRİ həbs edildi30-05-2018, 10:08 |
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib. Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib. Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur. Əməliyyat nəticəsində ilk olaraq “Rosnef- Stavropol”un top-meneceri və “Lukoyl"un bir neçə meneceri yaxalanıb. Həbslərin davam edəcəyi gözlənilir. Geri qayıt |