Əsas Səhifə > Əsas xəbərlər > NAZİRLƏR KABİNETİNİN Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri
NAZİRLƏR KABİNETİNİN Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri4-06-2018, 17:25 |
Nazirlər Kabineti Aparatında dəyişiklik edilib. Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb. Modern.az-ın məlumatına görə, struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb: Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev. Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar: Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski Baş nazirinin köməkçisi - Natiq Əzizov Baş nazirinin köməkçisi - Sabir Bayramov Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - təyinat yoxdur Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva Mətbuat xidmətinin rəhbəri - Akif Əli İşlər müdiri - Süleyman Şəfiyev Geri qayıt |