Əsas Səhifə > Əsas xəbərlər > İŞDƏN ÇIXARILAN məmur yeni vəzifəyə

İŞDƏN ÇIXARILAN məmur yeni vəzifəyə


21-06-2018, 16:26

İşdən çıxarılan məmur yeni vəzifəyə təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisi Camal Quliyevə vəzifə verilib.
oxu.az-a  xəbər verir ki, keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən gün Kənd Təsərrüfat naziri İnam Kərimovunəmrinə əsasən, Camal Quliyev vəzifəsindən azad edilib. Mediada onun pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı işdən çıxarıldığı bildirilsə də, C.Quliyev bu iddiaları təkzib etmiş, başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında işdən çıxdığını və yeni işinin ən qısa müddətdə elan ediləcəyini bildirmişdi.

Geri qayıt