Əsas Səhifə > Əsas xəbərlər > Bu yüksək dövlət
Bu yüksək dövlət9-07-2018, 11:40 |
Azərbaycanda müxtəlif səbəblərdən boşalmış bir sıra yüksək dövlət postu təyinat gözləyir. AzerTaym.az saytı ayrı-ayrı dövlət qurumlarında boş qalan yüksək vəzifə yerlərini bir daha dəqiqləşdirməyə çalışıb. Həmin təyinatlardan sonra Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu yeni sahibini gözləyir. Bu vəzifə Baş nazir postuna aparılan Novruz Məmmədovdan sonra boşalıb. Nəqliyyat, Rabitə və informasiya Texnologiyaları Nazirliyində 1 müavin vəzifəsinə təyinat gözlənilir. Keçmiş müavin İltinmas Məmmədov vəzifədən kənarlaşdırılandan sonra onun yerinə təyinat gerçəkləşməyib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunandan sonra şəhər Meriyasında rəhbər vəzifəyə heç kim gətirilməyib. İndi Bakı Şəhər İcra Hakimiyyətindəki 3 rəhbər vəzifədən ikisi – başçı və bir müavin vəzifəsi boşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb. Geri qayıt |