Əsas Səhifə > Əsas xəbərlər > Elmar Vəliyevin XƏSTƏXANADAN

Elmar Vəliyevin XƏSTƏXANADAN


14-07-2018, 22:33

Elmar Vəliyevin xəstəxanadan FOTOSU yayıldı

 

İyulun 4-də güllələnən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin xəstəxanadan görüntüsü yayılıb.

"AzerTaym.az" koordinat.az-a istinadən xəbər verir ki, gənc fəal Bəxtiyar Hacıyevin paylaşdığı fotodan Elmar Vəliyevin səhhətinin normallaşdığı aydın olur. 

Qeyd edək ki, Gəncənin icra başçısının hazırda İsraildəki xəstəxanalardan birində müalicə aldığı deyilir. 

Bəxtiyar Hacıyev "Facebook" səhifəsində yaydığı fotoya belə bir qeyd də yazıb: "Hadisədən 11 gün sonra bu vəziyyətdə olan Gəncənin icra başçısı E.Vəliyev hadisədən 5 dəqiqə sonra hansısa jurnalistlə (Mirşahin Ağayev nəzərdə tutulur - red.) telefonla danışıb, "müşavirədəyəm, çıxanda zəng edəcəm" deyə bilərdi?".

Elmar Vəliyevin xəstəxanadan FOTOSU yayıldı

Geri qayıt