Əsas Səhifə > Əsas xəbərlər > MEHMAN HÜSEYNOV qısamüddətli
MEHMAN HÜSEYNOV qısamüddətli25-07-2018, 08:53 |
Həbsdə olan bloger Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır. Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. “Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır”. Blogerin vəkili Fuad Ağayev deyib ki, “anasının səhhətində ciddi problemlər olduğu var və Mehmanın buna görə qısa müddətli azadlığa buraxılması” üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub. Geri qayıt |