Əsas Səhifə > Əsas xəbərlər > Tacikistan prezidenti Azərbaycana gəlib

Tacikistan prezidenti Azərbaycana gəlib


10-08-2018, 22:22

Tacikistan prezidenti Azərbaycana gəlib

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Reyting.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Tacikistan prezidenti Azərbaycana gəlib
Tacikistan prezidenti Azərbaycana gəlib

 


Geri qayıt