Əsas Səhifə > Əsas xəbərlər > Prezident 3 rayona yeni

Prezident 3 rayona yeni


8-09-2018, 14:43

Prezident 3 rayona yeni icra başçısı təyin edəcək - Siyahı

Ölkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir.

AzerTaym.az modern.az-a istinadən xəbər verir ki, yaxın vaxtlarda daha üç yeni icra başçısının təyinatı gözlənilir. Belə ki, Mingəçevir şəhəri, Cəlilabad və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatları gerçəkləşəcək.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə aparılıb.

Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinə başçı gətirilib. Səbail rayonunun sabiq rəhbəri Eldar Əzizov isə Bakı Şəhər İcra Hakimiyyətinin müavini təyin edilib və hazırda faktiki olaraq Meriyanı idarə edir.


Geri qayıt