Əsas Səhifə > Əsas xəbərlər > Prezident Xanlar Vəliyevin oğluna

Prezident Xanlar Vəliyevin oğluna


17-10-2018, 08:32

5

Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror Xanlar Vəliyevin oğludur.

 


Geri qayıt