Əsas Səhifə > Əsas xəbərlər > ADU-da “Yeyilmiş ürək”
ADU-da “Yeyilmiş ürək”17-10-2018, 10:21 |
Azərbaycan Dillər Universitetində (ADU) alman yazıçısı Konrad fon Vürsburqun “Ürək nağılı” sevgi hekayəsindən “Yeyilmiş ürək” hissəciyi səhnələşdirilib. Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartman və Avstriya Mübadilə Xidmətinin lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika İnstitutunun tələbələrinin iştirakı ilə səhnələşdirilən hekayədə cəngavər və evli xanımın uğursuz sevgilərindən danışılır. Sevgi həsrətindən vəfat edən cəngavər ürəyini çıxartdırıb onun sevdiyi xanıma göndərilməsini istəməsindən, bundan xəbər tutan qadının həyat yoldaşının isə həmin ürəyi bişirtdirərək qadına yedizdirməsindən bəhs olunan hekayə sonradan bunu öyrənən xanımın yeməklərdən imtina edərək dünyasını dəyişməsi ilə nəticələnir. Rektor K. Abdulla tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. AzerTaym.az
Geri qayıt |