Əsas Səhifə > Əsas xəbərlər > Axund Hacı Əbdül birinci xanıma QURANİ-KƏRİM

Axund Hacı Əbdül birinci xanıma QURANİ-KƏRİM


23-10-2018, 23:18

Axund Hacı Əbdül birinci xanıma Qurani-Kərim hədiyyə etdi

Oktyabrın 23-də birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.

AzerTaym.az" bildiriir ki, məscidin axundu Hacı Əbdül Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verib.

Bildirilib ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb.

Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə edib.

 







 


Geri qayıt