Əsas Səhifə > Əsas xəbərlər > Prezident İlham Əliyev Sumqayıtda

Prezident İlham Əliyev Sumqayıtda


16-11-2018, 14:27

Prezident İlham Əliyev Sumqayıtda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gedib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.


Geri qayıt