Əsas Səhifə > Əsas xəbərlər > Cavid Qurbanovdan ŞAD XƏBƏR – Maşınlar altdan, qatarlar
Cavid Qurbanovdan ŞAD XƏBƏR – Maşınlar altdan, qatarlar17-12-2018, 13:30 |
“Bütün keçidlərdə dəyişikliklər olacaq. Maşınlar altdan, qatarlar isə üstdən keçəcək”. “Bakı Nəqliyyat Agentliyinin gənc rəhbəri Vüsal Kərimli və çox savadllı, istedadlı əməkdaşları var. Onlarla birlikdə hesablaşdıq və xarici şirkət də dəvət etdik. Onlarla birlikdə stansiyaların üzərində məntəqələr düzələcək. Orada həm avtobus, həm də qatarlar dayanacaq. Tutaq ki, Zabratda stansiyanın ərazisi 15 hektar olacaq. Kəndlərdən avtobuslar həmin məntəqəyə qədər gələcək, daha onlar şəhərə girməyəcəklər. Oradan qatarlardan istifadə olunacaq. Vüsal Kərimlinin dediyinə görə, bundan sonra avtobuslarının interval xəttini 10 km-dən artıq etməyəcəklər. Avtobus xətləri ya metro, yaxud qatarlar istiqamətində hərəkət edəcək. Bununla da vaxta qənaət olunacaq”, - deyə Cavid Qurbanov bildirib.
Geri qayıt |