Əsas Səhifə > Əsas xəbərlər > Ramil Usubov dörd rəisi işdən

Ramil Usubov dörd rəisi işdən


8-01-2019, 23:59

Ramil Usubov dörd rəisi işdən çıxardı

Bakının dörd rayonunun polis rəisi işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.(report)


Geri qayıt