Əsas Səhifə > Əsas xəbərlər > Ramiz Rzayev məhkəmə hakimlərinə
Ramiz Rzayev məhkəmə hakimlərinə17-04-2019, 13:01 |
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı məhkəmə-hüquq sisteminin yeni strateji yol xəritəsidir. Modern.az-ın məlumatina görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. "Ədalət məhkəməsinin keyfiyyətinin artırılmasına nail olunacaq, müəyyən edilən nöqsanlar aradan qaldırılacaq". Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb. R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub. Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub". Geri qayıt |