Əsas Səhifə > Əsas xəbərlər > Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan Rüfət Məmmədov kimdir?

Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan Rüfət Məmmədov kimdir?


26-11-2019, 08:30

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
"AzerTaym.az" yeniavaz.com-a istinadən xəbər verir ki, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb.
2004-2007-ci illərdə "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin həyata keçirilməsinə dəstək layihəsində hüquq məsləhətçisi, 2007-ci ildən Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun icraçı direktoru vəzifəsində işləyib.
R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb.
2012-ci ildən AZPROMO-nun prezidenti olub.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.


Geri qayıt