Əsas Səhifə > Əsas xəbərlər > Karantin rejimi deputatın şəxsi maşınına da şamil
Karantin rejimi deputatın şəxsi maşınına da şamil17-04-2020, 14:27 |
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, sənədə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək. Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Geri qayıt |