Əsas Səhifə > Əsas xəbərlər > “Gərəksiz və ziyanlı məlumatlar insanları arxayınlaşdırır,

“Gərəksiz və ziyanlı məlumatlar insanları arxayınlaşdırır,


27-06-2020, 13:04

Düşünürəm ki, birinci növbədə operativ gündəlik məlumatlar verilməlidir. Çünki indi virusa yoluxanların və ölənlərin sayı artır. Bununla paralel şayiələr də, yalan xəbərlər də artır”
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. O, koronavirusa görə insanlar arasında düzgün məlumat yaymaq və təbliğat aparmağın önəmli olduğunu vurğulayıb. 
“Mənim düşüncəmə görə əvvəldən koronavirusla bağlı maarifçilik işi başlamışdı. Xüsusən də televiziyalarda bu bir qədər səngidi. Yəni ümumi arxayınçılıq kütləyə sirayət edir və o tərzi davam etdirirlər. Düşünürəm ki, birinci növbədə operativ gündəlik məlumatlar verilməlidir. Çünki indi virusa yoluxanların və ölənlərin sayı artır. Bununla paralel şayiələr də, yalan xəbərlər də artır. Ona görə  bunların hamısına cavab vermək üçün çox peşəkar, mükəmməl analitik xəbər buraxılışı verilməlidir. Bir sözlə, məsələyə peşəkar yanaşma lazımdır. Xəbər təkcə müxtəlif məlumatların toplusu deyil, o həm də auditoriya üçün gərəkli və faydalı olan bir şeydir. Bu səbəbdən də bununla bağlı xüsusi buraxılış olmalıdır. İkincisi maarifçi proqramlar olmalıdır. İnsanlara bunları izah etmək lazımdır ki, xəstəlik yayılır, buna yoluxmamaq üçün nə etmək lazımdır və s. Bir çox hallarda insanlar adi qaydaları belə bilmirlər. Ona görə də televiziya da, mətbuat da onun üçündür ki, həm də bu məsələdə yol göstərsinlər. İstiqamətlər olmalıdır. Yoxsa ki, uzun-uzadı, guya analitik adlanan “çiy” xəbərlər saytlarda doludur. O qədər gərəksiz və ziyanlı məlumatlar var ki, o da insanları arxayınlaşdırır, onlara mənfi təsir edir. Ona görə birinci məlumatlandırma və ikinci isə geniş, dərin maarifçilik işi aparılmalıdır”. 

Geri qayıt