Əsas Səhifə > Əsas xəbərlər > QARAYEVİN FƏALİYYƏTİ YOXLANILIR - Qanunsuzluqlar

QARAYEVİN FƏALİYYƏTİ YOXLANILIR - Qanunsuzluqlar


29-06-2020, 18:34

Xəbər verdiyimiz kimi, artıq bir müddətdir Mədəniyyət Nazirliyində yoxlamalar aparılır. Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

“Report” verdiyi xəbərə görə isə, Hesablama Palatasının Nazirlikdə apardığı yoxlamalar nəticəsində bəzi qanunsuzluqlar aşkarlanıb.

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub.

Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası Nazirlikdə yoxlama aparıb.

 


Geri qayıt