Əsas Səhifə > Əsas xəbərlər > Şəkidə də modul tipli xəstəxana açıldı

Şəkidə də modul tipli xəstəxana açıldı


30-07-2020, 13:12

Şəkidə də modul tipli xəstəxana açıldı

İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir. İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.

Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.

Prezident Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.
 

 





 


Geri qayıt