Əsas Səhifə > Əsas xəbərlər > “Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...”

“Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...”


11-08-2020, 11:35

“Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov 

Milli Məclisin deputatı Fəttah Heydərovun vəfatından sonra Ağsaqqallar Şurasının sədri postu boş qalıb. Sosial şəbəkələrdə bu vəzifəyə Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudovun təyin edilməsi ilə bağlı təkliflər səslənir. 

Rəşid Mahmudov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, heç bir vəzifəyə təyin edilmək istəmir:

“Mən heç vaxt vəzifə arxasınca qaçmamışam. Bir vətəndaş, xalqın nümayəndəsi kimi dövlətimizi, dövlətçiliyimizi qorumuşam. Kim dövlətimizə qarşı çıxırsa, ona qarşı mübarizə aparmışam. 

Rüşvətxorlara, məmur özbaşınalığına qarşı  həmişə fikrimi bildirmişəm. Amma heç vaxt vəzifə istəməmişəm. Gərək, xalqa xidmət etmək üçün vəzifədə olasan? 

Mən hazırda Gədəbəydəyəm, burada nə işlər gördüyümüzü biz bilirik. Adama biraz yemək aldın, yeyib- içir, məsələ bitir, heç nə qarında qalmır. Baş yetişdirmək lazımdır. Biz burada Zirvə kursları açırıq. Orada şagirdlər üçün pulsuz təhsil verəcəyik ki, onlar yaxşı oxusunlar, beyinli insanlar olsunlar. Bunları etmək lazımdır.

Ağsaqqallar Şurasına sədr təyin ediləcək şəxs hər şey etməlidir. Məni namizəd kimi göstərən şəxslərin hamısına təşəkkür edirəm. Lakin mən vəzifəyə getmək istəmirəm, kimi seçmək istəyirlərsə, seçərlər. Nə lazımdırsa, vətəndaş kimi borcumu həmişə yerinə yetirəcəm. Hazırda insanlar vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın, bunların heç biri mənə lazım deyil, mən o işlərlə məşğul olmuram”.

 


Geri qayıt