Əsas Səhifə > Əsas xəbərlər > ABŞ-ın Türkiyədən gizlətdiyi sirr 2 il sonra ORTAYA ÇIXDI:

ABŞ-ın Türkiyədən gizlətdiyi sirr 2 il sonra ORTAYA ÇIXDI:


13-08-2020, 13:51

ABŞ-ın Türkiyədən gizlətdiyi sirr 2 il sonra ORTAYA ÇIXDI: Trampdan xəbərsiz...

ABŞ Konqresi hökumətin Türkiyəyə silah satışlarını gizli şəkildə dondurub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin “Defense News” nəşri məlumat yayıb.

Nəşrin Konqresdəki mənbələrinə istinadən dərc etdiyi bilgilərə görə, ali qanunverici orqanın Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələri 2 il Türkiyəyə silah satışının dondurulması istiqamətindəki cəhdləri dondurub. Xəbərdə bu qərarın komitələrin sədrləri və bəzi nüfuzlu üzvləri tərəfindən qəbul edildiyi vurğulanıb. Komitə üzvləri bu addıma səbəb olaraq Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasını göstərib. Əlavə olaraq, Prezident Donald Trampın rəsmi Ankaraya CAATSA sanksiyalarını tətbiq etməməsini tənqid edən üzvlərin bu yolu seçdikləri iddia edilib.

ABŞ qanunlarına əsasən, Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələri ölkənin başqa ölkəyə silah satışına dair fikirlərini ifadə edə və bəzi durumlarda satışları dondura bilər.


Geri qayıt