Əsas Səhifə > Əsas xəbərlər > Türk general rus əsgərlərinin Qarabağa gəlişi ilə bağlı detalları açdı

Türk general rus əsgərlərinin Qarabağa gəlişi ilə bağlı detalları açdı


16-11-2020, 20:24

Türk general rus əsgərlərinin Qarabağa gəlişi ilə bağlı detalları açdı - ƏSL SƏBƏB BUDUR

“Vətən müharibəsindəki Qələbə Azərbaycan dövlətçiliyi, millətçiliyi və şanlı tarixi baxımından ən böyük Zəfərdir. Bu Zəfər masa üzərində kağız-qələmlə yazılmayıb. Bu zəfər şəhidlərimizin qanı ilə yazılıb. Bu qələbədən sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı və atəşkəs, eyni zamanda, təslimçilik razılaşması imzaladı”.

 "AzerTaym.az" bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. 

General bildirib ki, yaşamaq səbəbi Türk xalqına qarşı nifrət olan bir toplumun 28 il əvvəl törətdikləri qətliamlar da, bizə baxış bucaqları da, nifrət və kinləri də bəllidir: “Belə olduğu halda, heç bir şey olmamış kimi iki xalqın bir anda birlikdə yaşaması real məsələ deyil. Bu qəzəbin və bir-birinə olan baxış bucağının yumşalması və sağlam vəziyyətə gəlməsi üçün soyuqqanlı qüvvəyə ehtiyac var idi. Bu, ən vacib məqam və məcburiyyət idi. Rusiya sülhməramlılarının bölgəyə gəlməsi və monitorinq mərkəzində rus və türk hərbçilərinin birgə fəaliyyəti də bu çərçivədə nəzərdə tutulub. Rus əsgərinin yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrimi gəlsəydi? BMT sülhməramlılarımı gəlsəydi? Və ya NATO-danmı gəlsəydi?”.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının gəlişini tənqid edən insanlar onların yerinə kimin gəlməsi mövzusunda hər hansı fikir ifadə etmirlər: “Hazırda təmas xətti və Laçın dəhlizinə rus qoşunu sülhməramlı missiyası ilə gəlib. Bu, rusların bazasının yaradılması demək deyil. Ruslar bölgədə 100 il qalacaqmış kimi təəssürat yaradanlar var. Amma bu sadəcə sülh hərəkatıdır. Burada doğru ifadələrin istifadə olunması əhəmiyyətlidir. Təmas xəttindəki ruslar və monitorinq mərkəzindəki türk qüvvələr düşmənçiliyin, hücumların nəzarətdə saxlanması, yumşaldılması və sonlandırılması istiqamətində xidmət göstərəcək. Bu sülhməramlı hərəkatı sülhün əldə olunması, qorunması, yenidən qurulması və möhkəmləndirilməsi fəaliyyətlərini ehtiva edir. Burada əsgər, polis və mülki şəxslərdən ibarət ünsürlər yer alacaq. Əsas məqsədləri isə uzlaşa bilməyən tərəflər arasında koordinasiyanın təmin olunmasıdır. Bölgədə, həmçinin, Birləşmiş Milllətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığı, Qızıl Aypara və Qızıl Xaç kimi qeyri-hökumət təşkilatları fəaliyyətdə olacaq”.

Y.Karauz bildirib ki, sülhməramlı hərəkatının əsasları mövcuddur: “Onların gəlişi üçün aidiyyəti tərəflərin icazəsi olmalıdır. Sülhməramlı əsgərlərin gücdən istifadə etmək səlahiyyəti yoxdur. Tərəfsiz olmaq məcburiyyətindədirlər və ölklələrin daxili məsələlərinə qarışa bilməzlər. Bunlar, BMT Nizamnaməsinin 7-ci hissəsində “Sülhün təhdidi, pozulması və hücum olacağı təqdirində görüləcək işlər” başlığı altında 39 və 41-ci maddədə qeydiyyata alınıb. Buna görə də rus sülhməramlıları özbaşına gücdən istifadə edə bilməzlər, bitərəf olacaqlar və daxili işlərə qarışa bilməzlər. Dolayısı ilə rusların BMT Nizamnaməsinin 39 və 41-ci maddələrindən kənar hərəkətlər sərgiləmə qabiliyyəti yoxdur. Bu fəaliyyət müəyyən edilən çərçivələr daxilində irəliləyəcəyi təqdirdə hər hansı problem çıxmayacaq”.

General rus sülhməramlıları ilə bağlı müxtəlif nümunələrin adını çəkənləri xatırladıb: “Moldova nümunəsini gətirənlər var. Moldova ilə Azərbaycanı müqayisə etmək siyasi, strateji və coğrafi mövqeləri qiymətləndirməmək deməkdir. Rus qoşunları ilə bağlı keçmişdə yaşananlar, təbii ki, hafizələrdə qalmalıdır. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan dövlət, millət və Silahlı Qüvvələri ilə Qafqazın regional gücü mövqeyinə gəlib. Bunu da unutmamaq lazımdır ki, keçmiş SSRİ ölkələrinin içində Rusiyanın hərbi mövcudluğuna son qoyan ilk ölkə Azərbaycan olub”.

Y.Karauz vurğulayıb ki, rus sülhməramlılarının mövzusu üzərindən əldə olunan zəfər və uğurlar, Azərbaycan Respublikasının dövlət olaraq gəldiyi səviyyə, Silahlı Qüvvələrin əzmkarlığı və dövlətçilik tarixinin 200, 100 və 28 illik hesabının bağlanması kiçildilməməlidir, aşağılanmamalıdır.


Geri qayıt