Əsas Səhifə > Əsas xəbərlər > Sabah Bakıda şaxta olacaq, külək əsəcək
Sabah Bakıda şaxta olacaq, külək əsəcək21-01-2021, 14:42 |
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 775 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Sabah meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. "AzerTaym.az" Geri qayıt |