Əsas Səhifə > Əsas xəbərlər > ABŞ yenidən İrana qarşı:

ABŞ yenidən İrana qarşı:


15-10-2015, 00:14

 

58Jİran ballistik raketlərin sınağını keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin Mətbuat katibi Coş Ernest söyləyib.
Onun sözlərinə görə, ABŞ məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaracaq: “İran son zamanlar tez-tez BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Bu da Vaşinqtonun narahatlığına səbəb olur”.
Qeyd edək ki, İran bazar günü özünün uzaq məsafəli raketi olan “Emad”ın sınağını keçirmişdi.


Geri qayıt