Əsas Səhifə > Əsas xəbərlər > “Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“

“Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“


19-02-2021, 23:33

“Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“ - Proqnoz

Noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə başlayan aksiyalar səngimək bilmir. Lakin aradan 3 ay keçməsinə baxmayaraq əleyhidarları hələ də Paşinyanı  devirə bilməyib.

Maraqlıdır, Nikol Paşinyanı devirmək niyə mümkün olmur?

 "AzerTaym.az" bildirir ki,məsələni  yenisabah.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Paşinyanın “Mənim Addımım” Partiyası parlamentdə mütləq əksəriyyətini təşkil edir:

“Hökumət üzvlərinin əksəriyyəti yerində oturub. Həmçinin ordu və polis də Paşinyanın tərəfindədir. Onun əleyhidarları isə bizim Xalq Cəbhəsi kimi ən çoxu 5 min adam toplaya bilirlər, ondan çox adam gəlmir. Mətbuatın, KİV-in onların əlində olmasına baxmayaraq, əhalinin əksəriyyəti Paşinyanı müdafiə edir, xalq onu devirmək istəmir. Hətta xalqın əksəriyyəti   Paşinyann qalmasını istəyir, çünki bilirlər ki, bu yol onları faciəyə gətirib. Paşinyan da görür ki, onu devirmək istəyən qüvvələrin əlində böyük bir imkan yoxdur. Ona görə də, “Mən qalacam və seçkini 2023-cu ildə keçirəcəm”, - deyir”.

Həmsöhbətimiz erməni xalqının Qarabağdan canını qurtarmaq istədiyini vurğulayıb:

“Onlar istəyirlər ki, Qarabağdan canlarını qurtarsınlar, 30 000 km2 ərazidə normal bir dövlət qursunlar və sakit yaşasınlar. İstəmirlər ki, balaları gedib Qarabağda hansısa bir xəyali “Böyük Ermənistan” naminə həlak olsun. Ola bilər ki, əleyhidarlar Paşinyanı öldürsün  və ya ordunun hansısa hissəsini qaldırıb böyük çevriliş etsin, amma əvvəldə də dediyim kimi, xalqa seçim buraxılsa, xalq Paşinyanın hakimiyyətdə qalmasını istəyər”.

 

 

 

 

 


Geri qayıt