Əsas Səhifə > Əsas xəbərlər > "Kremlə xatırlatdıq ki, Qara dəniz rus gölü deyil"

"Kremlə xatırlatdıq ki, Qara dəniz rus gölü deyil"


3-04-2021, 10:07

 ABŞ sürətlə "qan itirir" -

NATO-nun «Dəniz qalxanı-2021» birləşmiş təlimləri Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) iki gəmisi daxil olmaqla, Moskvaya sərt şəkildə xatırladıb ki, Qara dəniz rus gölü deyil.

«The Washington Times» nəşrinin şərhçisi Mayk Qlennin yazdığına görə, ABŞ zabitləri belə hesab edirlər.

«Bizim Qara dənizdəki əməliyyatlarımız NATO üzrə müttəfiqlərimizi dəstəkləmək və dənizdə sabitliyi təmin etmək istiqamətindəki qəti niyyətimizi nümayiş etdirir» - nəşrə müsahibəsində «Monterey» raket kreyserinin kapitanı Cozef Baqqett bildirib.

Qəzetin materialında qeyd edildiyi kimi, sözügedən kreyserin «Tomas Hander» esminesi ilə birlikdə iştirak etdiyi «Dəniz qalxanı-2021» təlimlərini Rumıniya təşkil edib. Təlimlərin gedişində amerkalılar bölgənin bir sıra ölkələri ilə birgə (Albaniya, Bolqarıstan və Xorvatiya), həmkarları müxtəlif dillərdə danışsalar da çiyin-çiyinə döyüşməyi öyrəniblər, minalardan təmizləməni və qayıq əleyhinə müdafiə fəndlərini məşq ediblər.

«Tomas Hander»in kapitanı Bo Mankuzo öz növbəsində, hələ təlimlərin başlanğıcında jurnalistlərə bildirib ki, təlimlər «bizim gəmi üçün NATO üzrə müttəfiqlərlə birlikdə Qara dənizdə işləmək istiqamətində əla imkan olacaq».

Nəşrə müsahibəsində ABŞ HDQ istefada olan admiralı Mark Montqomeri bəyan edib ki, amerikalıların iştirakı ilə Qara dənizdəki təlimlər hər şeydən əvvəl «Rusiyanın əsirliyində olan» kiçik ölkələrə dəstək vermək və onların arasında Vaşinqtonun nüfuzunu möhkəmlətmək üçün düşünülüb.

AzPolitika.info


Geri qayıt