Əsas Səhifə > Əsas xəbərlər > Deputatdan Əli Həsənova sərt ittiham: “Ət və kolbasa işinə baxan

Deputatdan Əli Həsənova sərt ittiham: “Ət və kolbasa işinə baxan


3-04-2021, 14:46

Deputatdan Əli Həsənova sərt ittiham: “Ət və kolbasa işinə baxan...“

Deyirlər Əli Həsənov mətbuatı məhv elədi. Tamamilə doğrudur. Bunun əyani sübutu səhər tezdən qəzet köşklərini seyr etməkdir”.

 Bunu Milli Məclis deputatı Etibar Əliyev deyib. O qeyd edib ki, qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir:

“Qəzet həm də arxivdir. Sayt filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov "AzərKitab" deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra "AzərKitab"ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi. "Kitab evi", "Kitab passajı", "Akademkitab" kafelərə və paltar mağazalarına çevrildi. Kitab satılan yerlərin demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş”.

Millət vəkilinin sözlərinə görə, hazırda elə bir situasiya yaranıb ki, bunları bərpa etmək də mümkün deyil:

“Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damcının rəngini təmizləmək demək olar ki, mümkün deyil”.


Geri qayıt