Əsas Səhifə > Əsas xəbərlər > Xodorkovski Putinin zəif cəhətlərindən və Navalnının nə vaxt

Xodorkovski Putinin zəif cəhətlərindən və Navalnının nə vaxt


5-04-2021, 09:14

Xodorkovski Putinin zəif cəhətlərindən və Navalnının  nə vaxt buraxılacağından danışdı...

“Onun ikinci zəif cəhəti əsas məlumat mənbəyinin “FSB”-nin  hesabatlarına söykənməsindən qaynaqlanır...”  
 
Hazırda Londonda mühacir həyatı yaşayan yəhudi mənşəli  keçmiş Rusiya oliqarxı Mixail Xodorkovski Fransanın “Le Point” qəzetinə  müsahibəsində Rusiya Prezidenti V.Putinin 2024-cü il prezident seçkilərinə qədər repressiyaları daha da gücləndirəcəyini proqnozlaşdırır.
 
 Bu haqda İsrail mediası xəbər verir.
 
1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuş və 2003-cü ildə həbs olunanadək Rusiya lideri ilə yaxın münasibətlərə malik Xodorkovski Putinin hələ də güclü olması və hələ də onun hakimiyyətinə qarşı birbaşa təhlükənin olmamasını vurğulamaqla yanaşı, onun zəif cəhətlərindən də bəhs edir.
 
“(...) Putiunin zəifliyi onun qanunlar və institutlar tərəfindən qorunmamasıdır. Onun bu günədək duruş gətriməsi yalnız öz ətrafına təlqin etdiyi güclü bir insan imici ilə təmin edilir. Hər şeyi daha mürəkkəbləşdirmək üçün bu görüntünü pozmaq kifayətdir. Ona  görə də Putinin bütün işi-gücü həmin statusu qorumaq və inkişaf etdirməkdir. 
 
Onun ikinci zəif cəhəti əsas məlumat mənbəyinin “FSB”-nin (keçmiş DTK-dan törənmiş Federal Təhlükəsizlik Xidməti) hesabatlarına söykənməsindən qaynaqlanır...  Həbs olunmuş rejissor Kirill Serebrennikovu müdafiə etməyə çalışan jurnalistlərə dediklərini xatırlayaq.  O zaman Putin ona  verilmiş sənədlərin tamamilə fərqli şeylərdən danışıldığını əsas gətirdi...  
 
Əvvəllər o, Qərb mətbuatını oxuyurdu. İndi bu, artıq belə deyil. Qərb mediasının ictimai fikri manipulyasiya etdiyinə və müstəqil Rusiya qəzetlərinin Amerika administrasiyası tərəfindən maliyyələşdirildiyinə əmindir" -deyə keçmiş oliqarx izah edir.
 
"Bütün bunların nəticəsi olaraq ətrafındakılar Putinə təsir göstərə bilir. Onun nöqteyi-nəzərinə deyil, işin gedişatına. Ancaq fikir ayrılıqları tənzimlənərkən bir şey üstünlük təşkil edir: bir neçə insanın zənginləşməsi. Putinin başında olduğu bu klanın böyük bir Rusiya qurmaq üçün heç bir ambisiyasının olmadığı, sadəcə,  sərvət toplamaq və öz təhlükəsizliyini təmin etməklə məşğul olduğunu anlamaq üçün mənə uzun müddət lazım olmadı” –deyə Xodorkovski davam edir.
 
"(...) Qərb ölkələrinin Rusiyaya qarşı davranışlarından məyus oldum. Artıq onların arasında lider yoxdur. Heç bir strategiyaları yoxdur. Hələ də Rusiya ilə iqtisadi münasibətlərinə üstünlük verməyə meyillidirlər. Etika onlar üçün dominant dəyər deyil. Bu bir səhvdir. Çünki Rusiyada hüquq pozuntularının və korrupsiyanın yetərincə pislənməməsi, bunların öz evlərində inkişaf edə biləcəyini qəbul etmək deməkdir.
 
Mən yaratdığım "Dosye" mərkəzi tərəfindən aparılan araşdırmalar Rusiya hakimiyyət orqanlarının pulunun Qərb siyasi sinfini korlamaq istəyinə nə dərəcədə nail olduğunu göstərir. Məqsəd bu ölkələr daxilində problemlər yaratmaqdır. Hər mənada.Və bu işləyir... 
 
“FSB” agentinin 2019-cu ildə Berlindəki bir parkda Çeçen müxalifət liderini öldürməsindən sonra Almaniya rəsmiləri ilə əlaqə qurdum. Və onlara bu hücumdan sonra çox sərt bir açıqlama verməyi təklif etdim. Onlardan biri belə cavab verdi: “Qorxuram ki, mənimlə qatillər arasında yalnız  evimin divarları var... Və mən onu bu mövzuda ələ ala bilmədim” -deyir Xodorkovski.
 
Keçmiş Rusiya oliqarxı Aleksey Navalnı haqqında  da fikirlərini söyləyir.
 
(...) Aleksey Navalnı ilə eyni fikirlərə sahib olmaq məcburiyyətində deyiləm. Amma indi o, siyasi məhbusdur və mən onu dəstəkləyirəm. Qurbanı olduğu sui-qəsd cəhdinə gəldikdə, bəziləri Putinin bununla onu öldürmək niyyətinin olmadığına inanır. Bəlkə də niyyət onu qorxutmaq məqsədi ilə zəhərləmək olub. İndi yəqin ki, o, çox vaxtını həbsxanada keçirəcək.Amma əminəm ki, Navalnı qəsdən belə bir riskə getdi. Putin onu sentyabrdakı parlament seçkilərindən, yaxud 2024-cü il prezident seçkilərindən sonra sonra sərbəst buraxacaq” – deyə Mixail Xodorkovski ehtimal edir.
 
Sultan Laçın

Geri qayıt