Əsas Səhifə > Əsas xəbərlər > ABİD ŞƏRİFOVUN SƏHHƏTİ AĞIRLAŞIB -
ABİD ŞƏRİFOVUN SƏHHƏTİ AĞIRLAŞIB -29-06-2021, 13:11 |
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti ağırlaşıb. Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda səhhətində başqa problemlərin də olduğu ortaya çıxıb. Bu barədə manset.az-a danışan Abid Şərifov səhhətində ciddi problemlərin olmasına baxmayaraq, virusa görə xəstəxanadan qalmaqdan imtina etdiyini, evdə müalicələrini davam etdirdiyini bildirib: “Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram.Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz...”
Geri qayıt |