Prezident İlham Əliyev Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.