Əsas Səhifə > Əsas xəbərlər > Çox sirləri hələ də özündə gizlədən qanlı 11 sentyabr:

Çox sirləri hələ də özündə gizlədən qanlı 11 sentyabr:


11-09-2021, 23:19

Çox sirləri hələ də özündə gizlədən qanlı 11 sentyabr: Nyu-Yorkdakı göydələnləri kim partlatdı?

Bu gün 3 minə yaxın insanın həyatının sonlanması ilə nəticələn 11 sentyabr hadisəsindən 20 il ötür.

Bu zaman kəsiyində baş vermiş hadisə haqqında müxtəlif araşdırmalar, təhlillər aparılıb, şərhlər verilib, sənədli və bədii filmlər çəkilib. Amma hələ də insanlar bir müəmma, sirr kimi yanaşırla hadisəyə.

Minlərlə insanın bir neçə saniyədə ölümünü kim və niyə istədi? ABŞ tarixində ən qanlı hücumu törədənlərin aqibəti necə oldu?

Cebhe.info bu vaxtadək yazılan, göstərilən, şərh edilən fikirlərə istinadən yuxarıdakı suallara cavab axtarıb:

2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilən terror hadisəsində 2,977 adam həlak olub və 6,000-dən çox insan yaralanıb. Terror aktını “Əl-Qaidə” terror təşkilatı öz üzərinə götürüb.

Terror hadisəsi ələ keçirilmiş sərnişin təyyarələri ilə həayata keçirildi. Təyyarələr Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzini hədəf seçmişdilər. Çərşənbə axşamı səhər saat 8:46-da “Əkiz qüllələr”in şimal hissəsi vuran ilk təyyarə “American Airlines 11” reysli təyyarə idi. Təqribən 20 dəqiqə sonra Cənub Qülləsini vuran ikinci təyyarə “United Airlines 175” reysli təyyarə oldu. Hər iki təyyarəni pilotları qətlə yetirilmiş 5 “Əl-Qaidə” təşkilatının üzvləri idarə edirdi. Sonuncu hücumdan 40 dəqiqə sonra Pentaqonun binası daha bir təyyarə tərəfindən vuruldu. Ağ Evi hədəf alan növbəti ələ keçirilmiş təyayrə isə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi.

Terror hadisəsi nəticəsində böyük həcmdə yanğınlar baş verdi. Terror qurbanı olmaq istəməyən, yanğından, zəhərli qazdan canını qurtarmaq istəyən insanlar özlərini binadan yerə ataraq xilas olmaq istəyirdilər. Lakin 400 metr hündürlükdən yaşamaq eşqi ilə atlanan günahsız insanlar saatda 240 km sürətlə hərəkət edərək 10 saniyə içində qurbana çevrilirdilər. Ölüm növünü özləri seçsələr də həmin adamların ölümü də başqası tərəfindən törədilən qətl adlandırılır.

Hər bir amerikalının yaddaşında iz qoyan bu hadisəni Üsamə bin Laden Əfqanıstanda mağaraların birində planlamışdı.

Bir neçə gün sonra təyyarə oğrularının siyahısı tərtib edildi. “Taliban”a qarşı cavab hücumu çox gecikmədi. Şübhəlilər üç günün içində müəyyənləşdi. Təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər.

Hücumdan sonra ABŞ hökuməti Üsamə bin Laden və “Əl Qaidə” təşkilatının ədalətə təslim olunmas və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi.

2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başladı. Əməliyyatlar 11 sentyabr terror aktlarında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlibdir.

1989-cu ildə “Əl-Qaidə” təşkilatını yaradan Üsamə bin Laden 2011-ci ildə pakistanın Abbotabad şəhərində ABŞ qüvvələri tərəfindən öldürülüb. Bəziləri hesab edir ki, Amerika bu hadisələrdən sui-istifadə edərək əvvəl Əfqanistanı, daha sonra isə olaylarla heç bir əlaqəsi olmayan İraqı işğal edərək parçaladı. 11 sentyabr hadisələrindən sonra Əfqanıstana girən ABŞ və koalisiya qüvvələri bu ilin 31 avqustunda ölkəni tərk edib.

“Taliban” isə yenidən Əfqanıstanda hakimiyyətə gəlib. Nyu-Yorkda həmin dağıdılmış binaların yerində hazırda daha hündür tikili – “Azadlıq qülləsi” yerləşir. O qüllə “ölümdən qaçaraq” 10 saniyədə ölən insanların azad ruhu kimi ucalır...


Geri qayıt