Əsas Səhifə > Əsas xəbərlər > RUSIYA TÜRKIYƏYƏ QARŞI HEÇ NƏ EDƏ BILMƏZ

RUSIYA TÜRKIYƏYƏ QARŞI HEÇ NƏ EDƏ BILMƏZ


13-09-2021, 08:35

DTK-NIN ABŞ-DAKI KEÇMIŞ REZIDENTI: RUSIYA TÜRKIYƏYƏ QARŞI HEÇ NƏ EDƏ BILMƏZ-VİDEO

Rusiyalı ekspert, keçmiş sovet kəşfiyyatçısı hesab edir ki, Rusiya Türkiyə qarşısında gücsüzdür, Ermənistan isə onun üçün artıq yükə çevrilib.

” Azərbaycan, Ermənistan. Qarabağ- Günün xəbərləri ” yaydığı vidrosüjetdə Rusiyanın çox zəif oduğu və Türkiyəyə qarşı heç nə edə bilmədiyi vurğulanır. Bunu SSRİ DTK-nın Vaşinqtonda keçmiş rezidenti Yuri Şvets erməni politoloqları ilə söhbətində deyib:

“Rusiya yalnız üzərində nəhəng üstünlüyə malik olduğu dövlətlərə qarşı mübarizə aparmaq iqtidarındadır. Türkiyəyə qarşı isə o, nüvə silahı tətbiq edə bilməz. Adi silah növü ilə Türkiyəyə hücum etmək istəyən Rusiya çox ciddi əks zərbəyə məruz qala bilər”, – deyə o qeyd edib.

Şvetsin fikrincə, Rusiya Qarabağda 44 günlük müharibə zamanı “müttəfiqini-Ermənistanı atıb”. Onun fikrincə, Moskva həmişə ” pul qazana biləcəyi “ölkələrlə münasibətlərin qurulmasının və onun üçün önəmli məsələ  iqtisadiyyatdır. Ekspertin sözlərinə görə, ona görə də Rusiya həmTürkiyə, həm də Azərbaycanla dostluq edir.

“Pulu olmayan Ermənistan Rusiya üçün kifayət qədər məhdud maraq kəsb edir. Ermənistan Rusiya üçün yükə çevrilib və Rusiya Ermənistanda nə edəcəyini bilmir”, – deyə SSRİ DTK-nın keçmiş kəşfiyyatçısı qeyd edib.

 


Geri qayıt