Əsas Səhifə > Əsas xəbərlər > öz şiələrini yerləşdirir, DÖVLƏT ÇEVRİLİŞİ etmək istəyir"

öz şiələrini yerləşdirir, DÖVLƏT ÇEVRİLİŞİ etmək istəyir"


19-09-2021, 21:18

"Mən çox istərdim biləm mənim yazıma münasibət bildirənlər ümumiyyətlə liberal müsəlmanın nə olduğunu bilirlər? Ay yazıqlar, mən liberal şiəliyi Peyğəmbərin ideyaları ilə eyniləşdirmişəm".

 

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib.

 

"İran Azərbaycana da “kömək” edir. Azərbaycanın bütün rayonlarında fundamentalist şiə müsəlmanlarını yerləşdirir və onların əli ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyir. Siz Məhəmməd Peyğəmbərin dediklərinin əleyhinə gedirsiniz. Ən əsası savadsız adamlar neytrallaşdırılmalıdır. Xüsusilə pulla asanlıqla vətənini sata bilən insanlar vəzifə, biznesdən uzaqlaşdırılmalıdır. Azərbaycanlılar liberal şiələrdir. Bu statumuz möhkəmlənməlidir. Xüsusilə din idarələrində çalışan satqınlardan azad olmaq lazımdır. Nə qədər ki, Rusiya və İranda bu rejimlər dayanıb bir o qədər də biz təhlükə içərisində yaşayacağıq. Hər bir azərbaycanlının müstəqilliyimizi qorumaq onun ən müqəddəs borcudur…”, - deyə R. Quliyev qeyd edib.


Geri qayıt