Əsas Səhifə > Əsas xəbərlər > MOSKVADA TÜRKİYƏ-ERMƏNİSTAN DANIŞIQLARI – Tərəflər bu məsələdə

MOSKVADA TÜRKİYƏ-ERMƏNİSTAN DANIŞIQLARI – Tərəflər bu məsələdə


14-01-2022, 20:37

"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar". Ermənistanın "Aysor" qəzeti yazır ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar

“İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ( XİN)  də Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilən bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

Qeyd edək ki, Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş bu gün Rusiyanın paytaxtı Moskvada keçirilib.

***

Bu gün - yanvarın 14-də Moskvada Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların ilk raundu keçirilib. Ermənistanın Xarici İşlər Nazirliyi bu danışıqlar nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını, iki ölkə arasında sərhədlərin açılacağını gözləyir. Türkiyə tərəfi də bu danışıqlardan müsbət gözləntilərinin olduğunu açıqlaylb.

Ötən il hər iki ölkə danışıqlarda iştirak etmək üçün xüsusi elçilər təyin ediblər. Tərəflər uzun illər boyu davam edən ədavətdən sonra əlaqələri bərpa etməyə çalışırlar.

“Fikrimizcə, Türkiyə hökuməti də ilkin şərtlərsiz dialoqa başlamaq yanaşmasını paylaşır”, – Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan görüş öncəsi deyib. Hunanyan qeyd edib ki, Rusiya görüşün ev sahibi kimi çıxış edəcək.

“Bir görüş nəticəsində real nəticələr əldə etməyin mümkünlüyünü gözləmək çətindir, amma proses başlayır”, – o deyib.

Xatırladaq ki, İrəvanla Ankara dekabrda danışıqlar üzrə xüsusi elçilər təyin edəcəklərini açıqlayıblar. Danışıqlarda Türkiyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Sərdar Kılıc Ankaranı, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan isə Yerevanı təmsil edir. 

Onu da qeyd edək ki, Ermənistan artıq Türkiyə məhsullarının idxalına qoyduğu qadağanı götürüb. Türkiyə isə Ermənistanla hava əlaqəsini bərpa edərək, çarter reyslərinə razılıq verib.

Qarabağ münaqişəsindən dolayı Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. 

“Azərbaycan işğal olunmuş ərazisini azad etdiyindən Qafqazda yeni mərhələyə qədəm qoymuşuq”, – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 13-də Ankarada Aİ səfirləri ilə görüşündə deyib.

“Biz Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə başlamışıq. Ermənistanın bu fürsətdən istifadə etməsi, nəticələr verəcək addımlar atmaqdan ötrü Azərbaycanla müsbət əlaqələr qurması vacibdir”, – o deyib.

Görüşdən öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın Türkiyə-Ermənistan münasibətlərinin bərpa edilməsində marqlı olduğunu və bununla bağlı danışıqların Moskvada keçirilməsinə şad olsuqlarını deyib.

Saat yarım davam edən ilk Moskva görüşü artıq başa çatıb. Hələlik tərəflərin nəticələr barədə açıqlamaları yayınlanmayıb.

Yalnız Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

Xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilən bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

 

İlk görüş daha çox tanışlıq və gündəliyin müəyyən olunması xarakterli olduğundan hələ ki, konkret nəticələr gözləmək tezdir.

Lakin ümumilikdə prosesə start verilməsi bütün region ölkələri, o cümlədən də Azərbaycan üçün önəmlidir. Belə ki, Ermənistanın Türkiyə ilə normal əlaqələr, münasibətlər qurması Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və yekun sülh müqaviləsinin imzalanması prosesinə də müsbət təsir göstərə bilər. 

"AzPolitika.info"


Geri qayıt