Əsas Səhifə > Əsas xəbərlər > Çin liderindən sensasion açıqlama: "Putin kimi əvvəlcə aldadıb,

Çin liderindən sensasion açıqlama: "Putin kimi əvvəlcə aldadıb,


14-05-2022, 13:59

Çin liderindən sensasion açıqlama:

"Çinlilər məğlub olanları sevməz, amma Putin kimi əvvəlcə aldadıb, sonra uduzanları heç sevməzlər"
 
 "Müharibə nəticəsində Ukrayna özünün bütün ərazilərini, o cümlədən Krımı və Donbası azad edə bilər"
 
 Rusiya-Ukrayna müharibəsinin nəticələrinə görə Ukrayna özünün bütün ərazilərini, o cümlədən Krımı və Donbası azad edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Çin lideri Si Tszinpin mayın 11- də rusiyalı insan haqları müdafiəçisi Mark Feyqinlə söhbətində  bəyan edib.
 
"Çin lideri maraqlı açıqlama verib. O, bəyan edib ki, Çin Ukraynanın ərazi bütövlüyünə hörmət edir. O, hesab edir ki, hər şeyi diplomatik yolla həll etmək lazımdır. Xatırladıram ki, Ukraynanın ərazi bütövlüyü həm də Krım və Donbasdır. Bu, təkcə indi zəbt edilən ərazilər deyil. 
 
Çin öz seçimini edib. Çin liderləri sözləri havaya sovurmur. Bu, diqqətlə yoxlanılmış fikirdir. Çin lideri xarici siyasət bəyanatlarına meylli deyil. Bu isə o deməkdir ki, Çin rəhbərliyi məsləhətləşmələr apararaq bu qənaətə gəlib ki, müharibənin nəticələrinə görə Ukrayna bütün ərazilərini, o cümlədən Krımı və Donbası azad edə bilər", - bunu prezident Ofisi rəhbərinin müşaviri Arestoviç deyib.
 
Müşavir qeyd edib ki, analoji bəyanat mayın 10- da xarici işlər naziri Dmitri Kuleba tərəfindən edilib.
 
"23 fevraladək deyirdik ki, məsələ yalnız siyasi- diplomatik yolla həll edilə bilər, amma indi Ukraynanın bütün ərazilərini azad etmək imkanının olduğunu görürük", - Arestoviç dəqiqləşdirib.
 
Siyasətçi qeyd edib ki, çinlilər məğlub olanları sevməz.
 
"Amma Putin kimi əvvəlcə aldadıb, sonra uduzanları daha çox sevməzlər", - Arestoviç deyib.
 
Xatırladaq ki, Arestoviç məlumat verib ki, Rusiya Baş Qərargahının rəhbərliyində "möhtəşəm dəyişikliklər" davam edir.
 
Hətta "Ukraynaya hərbi müdaxilənin rəhbəri" Valeri Gerasimov faktiki olaraq öz vəzifəsindən kənarlaşdırılıb, lakin hüquqi olaraq hələ vəzifəsini icra edir.

Geri qayıt