Əsas Səhifə > Əsas xəbərlər > ERMƏNİLƏRƏ OD QOYAN HƏRBÇİMİZ - Sülhməramlıya “bozqurd”

ERMƏNİLƏRƏ OD QOYAN HƏRBÇİMİZ - Sülhməramlıya “bozqurd”


16-06-2022, 14:12

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları ilə bağlı yayılan video sosial şəbəkənin Ermənistan seqmentində böyük rezonans doğurub.

Hər zaman sülhməramlıları yerə-göyə sığdırmayan ermənilər bu dəfə həmin obrazı özlərinin tənqid obyektinə çeviriblər.

Belə ki, yayılan kadrlarda Azərbaycan hərbçisinin sülhməramlı kontingentin üzvü ilə səmimi söhbəti yer alıb. Rusiya sülhməramlısı hərbçimizlə söhbətində onun “Qarabağ Azərbaycandır” sözlərini təkrar edir. Həmçinin rusiyalı hərbçi “Füzuli uşaqlarına salam olsun” ifadəsini də səsləndirir.

 

Ən maraqlısı isə 15 saniyəlik kadrların sonunda rusiyalı hərbçinin də “bozqurd” işarəsini öyrənməsi və göstərməsi olub.

Bildiyimiz kimi, “bozqurd” işarəsi ermənilərin ən çox qorxduğu, həm də sevmədiyi simvol hesab olunur. Bu işarə onlarda həm də türk xalqlarına olan nifrət kimi assosiasiya olunur. Məhz buna görə də sosial şəbəkənin erməni seqmentində sözügedən kadrlar erməniləri kəskin qəzəbləndirib. Sülhməramlıların onların şərəfinə badə qaldırmalarına öyrəşmiş ermənilər rusiyalı hərbçinin azərbaycanlıya qarşı nümayiş etdirdiyi səmimiyyəti isə heç cür həzm edə bilməyiblər.


Geri qayıt