Əsas Səhifə > Əsas xəbərlər > MHP lideri: Qarabağ ata yadigarıdır

MHP lideri: Qarabağ ata yadigarıdır


19-09-2022, 19:02

Qarabağ Azərbaycandır! Qarabağ ata yadigarıdır, ata yurdudur. Can qardaşlarımız nə zaman, hansı məqamda istərlərsə onlarla çiyin-çiyinə olarıq, ətdən divar hörərik. Ankara ilə Bakının taleyi birdir.

 

Bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Kayseri şəhərində keçirilən mitinqdə səsləndirib. 

 

"Türkü türkdən ayıra biləcək nə bir sərhəd, nə də bir əngəl var. Türkiyə sonadək Azərbaycanla həmrəylik içindədir”, - deyə MHP lideri bildirib. 

 

Azərbaycan xalqına başsağlığı verən Dövlət Bağçalı vurğulayıb ki, torpaqların bütövlüyü uğrunda canını fəda edən şəhidlərin intiqamı alınacaq.


Geri qayıt