Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda Mətbuat Şurasına yeni sədr
Azərbaycanda Mətbuat Şurasına yeni sədr24-09-2022, 15:39 |
"AzerTaym.az" bildirir ki, bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib. Qurultayda həmçinin MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir. Geri qayıt |