Əsas Səhifə > Əsas xəbərlər > Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

Xalid Əhədov Prezidentə köməkçi təyin edildi


17-11-2022, 17:22

Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Ad - 00:05

 

Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. O, keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.


Geri qayıt