Əsas Səhifə > Əsas xəbərlər > Nizami Rayon sakinləri "Qiyaslı" MTK-nın zülmündən Prezidentə

Nizami Rayon sakinləri "Qiyaslı" MTK-nın zülmündən Prezidentə


13-03-2023, 12:29

Nizami rayonu Qaqa Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binası sakinlərə xəbərdarlıq edilmədən sökülür.

"AzerTaym.az" bildirir ki,bu haqda Moderator.az -a həmin binanın sakinləri xəbər verib.

Söküntünü aparan şirkət isə "GIYASLI GROUP MTK"-dır. Sakinlərin bildirdiyinə görə, mənzillərdə yaşayış ola -ola "GIYASLI GROUP MTK" binanın söküntüsünə başlayıb. Söküntü aparan şirkət sakinlərin narazılığına məhəl qoymadan, onlarla razılaşmadan, heç bir müqavilə bağlamadan və xəbərdarlıq etmədən söküntü aparır. Əşyaları ətrafa səpələnən ev sahibləri hətta əraziyə buraxılmırlar. 

Nə edəcəklərini bilməyən vətəndaşlar çarəni ölkə başçısına müraciətdə görürlər. Onlar yalnız İlham Əliyevdən kömək gözləyirlər.

Dəhşət doğuran həmin görüntüləri təqdim edirik:

 


Geri qayıt