Əsas Səhifə > Əsas xəbərlər > MİT-dən NÖVBƏTİ UĞURLU ƏMƏLİYYAT – PKK-nın maliyyə məmuru

MİT-dən NÖVBƏTİ UĞURLU ƏMƏLİYYAT – PKK-nın maliyyə məmuru


17-05-2023, 19:26

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı növbəti əməliyyatını keçirib.

“AzPolitika.info” xəbər verir ki, MİT-in uğurlu əməliyyatı nəticəsində PKK/YPG-nin Ayn Əl Ərəb bölgəsi üzrə sözdə maliyyə məmuru Tuba Karakoç məhv edilib. Bu barədə bildirilir ki, Türkiyədə bir çox terror fəaliyyətində iştirak edən Karakoçun təşkilata maliyyə dəstəyi vermək üçün İraqa getdiyi öyrənilib. Bunun ardınca MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla Karakoç zərərsizləşdirilib.

Məlumata görə, Karakoç 2013-cü ildə terror təşkilatı PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində qanunsuz fəaliyyət göstərib.

 

 


Geri qayıt