Əsas Səhifə > Əsas xəbərlər > Paşinyan ƏLİYEVin andiçmə mərasiminə gələ bilər? - SENSASİON
Paşinyan ƏLİYEVin andiçmə mərasiminə gələ bilər? - SENSASİON10-02-2024, 21:38 |
Ermənistan sosial şəbəkə və bəzi media orqanlarında Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin andiçmə mərasimində iştirak edəcəyi ilə bağlı yayılan xəbərlər əsaslandırılmış deyil. AzerTaym.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, bu addım indiki halda Paşinyan hakimiyyətinə zərər verə, Ermənistan daxilində suallar yarada bilər: “Hətta Paşinyan qatılmaq istəsə belə, Azərbaycan tərəfinin buna razılıq verəcəyinə inanmıram”. Politoloq Elman Vəliyevin sözlərinə görə isə Paşinyan belə bir addım atmağa risk etməz: “Paşinyanın İlham Əliyevin andiçmə mərasiminə qatılacağı ilə bağlı fikirlərin absurd olduğunu deyə bilərəm. Sülh bağlanmamış Paşinyan Bakıya necə gələ bilər? Paşinyan bu riski etməz”. Geri qayıt |