Əsas Səhifə > Əsas xəbərlər > "SPUTNİK" VƏ "BBC"-nin DƏ BAKIDAKI OFİSLƏRİ BAĞLANIR

"SPUTNİK" VƏ "BBC"-nin DƏ BAKIDAKI OFİSLƏRİ BAĞLANIR


13-02-2025, 17:48

"Sputnik" və "BBC"-nin Azərbaycan nümayəndəlikləri bağlanır.

"Caliber"-in yaydığı məlumata görə,  Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib. 

Bildirilir ki, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini və "BBC News Azərbaycanca"nı əhatə edir.

 

"AZƏRTAC-ın Rusiyada cəmi bir əməkdaşı varsa, "Rossiya seqodnya"nın da ölkəmizdə eyni sayda müxbiri fəaliyyət göstərəcək. Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir", - deyə məlumatda qeyd olunur.


Geri qayıt