Əsas Səhifə > Əsas xəbərlər > Moskva bu ölkədə çevriliş hazırlayır: Prezident belə devriləcək...
Moskva bu ölkədə çevriliş hazırlayır: Prezident belə devriləcək...Dünən, 19:27 |
Tanınmış rus politoloq Vitali Arkov Globalinfo.az-a verdiyi müsahibəsində diqqəçəkən məqamlara toxunub. Xüsusilə “Bankova əməliyyatı” haqqında səsləndirdiyi fikirlər ictimaiyyətdə maraq doğurub. Sitat: “Ukraynadan geriyə qalanları xilas etməyin yollarından biri kimi Bankova küçəsində hökumətin dəyişdirilməsi zərurətinə inam artır. O cümlədən, reallıqdan tamamilə uzaqlaşmış “pan Zeli”nin kənarlaşdırılması yolu ilə…” Vaxtilə, Volodimir Zelenski Ukraynada hakimiyyətə gəldiyi zaman administrasiyasını məhz bu binadan çıxarmaq qərarına gəlmişdi. Əsas arqument bu idi ki, bina sovet dövrünün korrupsiya və qeyri-şəffaflığını assosiasiya edir. Bu planı reallaşdırmaq nə dərəcədə mümkündür? Söhbət Zelenskinin Ukraynada etirazlar təşkil edərək hakimiyyətdən uzaqlaşdırmasından gedir, ya xüsusi hərbi əməliyyatla onun aradan götürülməsindən? Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın Ukraynada daxili iğtişaş yaratmaq istəyi uzun müddətdir mövcuddur: “SSRİ dağıldığı illərdən Rusiya Ukraynanı daxildən parçalamaq məqsədilə addımlar atırdı. Həmin dövrdə Viktor Yanukoviçin rəhbərliyi ilə Regionlar Partiyası yaradıldı. Bu partiyaya Rusiya tərəfindən böyük maliyyə dəstəyi ayrıldı. Nəticədə, Ukraynanın ən böyük siyasi partiyası Rusiyanın 5-ci kolonu kimi fəaliyyət göstərirdi və Kremlə bağlı qüvvələr burada birləşmişdi. Bir müddət sonra həmin partiya hakimiyyətə gəldi və Rusiyanın lehinə qərarlar qəbul etdi. Daha sonra Ukraynada Maydan hadisələri baş verdi və nəticədə ölkənin parçalanmasına və Rusiya tərəfindən işğalına şərait yarandı. Zeynal Əmrəliyev Ukrayna kəşfiyyatının həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra Rusiyaya bağlı çoxsaylı agentura şəbəkələri ifşa edilərək zərərsizləşdirilib. Ən güclüsü isə Ukrayna siyasətində Viktor Medvedçuk idi. Onu Putinin “xaç atası” adlandırırdılar, çünki şəxsi münasibətləri çox yüksək səviyyədə idi. Onun komandası da zərərsizləşdirildi. Lakin hələ də rəsmi Kiyev daxilində gizli fəaliyyət göstərən Rusiyaya bağlı qüvvələr mövcuddur. Onların aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində addımlar atıla bilər. Hazırda Rusiyanın Ukraynadakı mövqeyi zəifdir. Kremlin hansısa inqilaba cəhd edəcəyini, olsa belə, onun uğurla nəticələnəcəyini düşünmürəm”. Geri qayıt |