Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləriDünən, 17:06 |
Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub:
Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır. Qərb agentləri, İranın təsir şəbəkəsi - bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib.
Rusiya təsir şəbəkəsinin ifşası “2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi. Ramiz Mehdiyev və Nəcməddin Sadıqovun vəzifədən çıxarılması bu xəttin başlanğıcı idi. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi. Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşiri də xatırlamaq yerinə düşər. FSB ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb”. Geri qayıt |