Əsas Səhifə > Əsas xəbərlər > “Yeni binalarda sayğacların quraşdırılması MTK-ların üzərinə düşür”
“Yeni binalarda sayğacların quraşdırılması MTK-ların üzərinə düşür”22-01-2016, 16:41 |
Dünən saytımızda Xətai rayonu İlqar Zülfüqarov 127-129 ünvanında yaşayan Kənan Əliyullayevin şikayəti dərc olunuvb. O, şikayətində iddia edib ki, “Azərsu” ASC yeni tikilmiş binadakı mənzillərə su verilməsi və sayğacların quraşdırılması üçün sakinlərin hər birindən 180 manat pul tələb edir. Pul verilməsə, su verilməyəcəyi bildirilir. Şikayətçi hətta bununla bağlı binanın girişinə vurulan bildirişin də şəklini çəkərək saytımıza göndərmişdi. Anar Cəbrayıllı bir qrup oxucunun yeni tikilmiş bəzi binalarda smart tipli su sayğaclarının quraşdırılması üçün “Azərsu” ASC-nin əhalidən 180 manat pul tələb etməsinə dair iddiaların da yalan olduğunu bəyan etdi. A.Cəbrayıllının sözlərinə görə, digər hallarda “Azərsu” tərəfindən əhali qrupu üçün su sayğaclarının quraşdırılması və ya onların smart tipli sayğaclarla əvəzlənməsi tam pulsuz həyata keçirilir: “Amma əgər abonentin günahı ucbatından və ya müdaxiləsi nəticəsində sayğac sıradan çıxarsa, yenisinin quraşdırılmasının dəyərini abonent özü ödəyir”. A.Cəbrayıllı saytımıza olan şikayəti də araşdırdıqlarını və həqiqətən də MTK tərəfindən binannın girişinə “Azərsu” ASC-nin guya sakinlərdən 180 manat pul tələb etməsinə dair arayışların vurulduğunu müəyyən etdiklərini bildirdi: “Biz MTK rəhbəliyindən dərhal həmin bildirişlərin götürülməsini tələb etdik. Artıq bizə həmin bildirişlərin götürüldüyü bildirilib. Görünür, MTK “Azərsu” ASC-nin adından iştifadə edərək sakinlərdəın pul yığmağa çalışıb. Sizin saytda dərc olunann şikayət bunun vaxtında qarşısını almağa kömək etdi. Buna görə həm şikayətçiyə, həm də “Azpolitika.info” saytına təşəkkür edirik”. AzPolitika.info Geri qayıt |