Əsas Səhifə > Əsas xəbərlər > MTRŞ ANS-ə GÖRƏ

MTRŞ ANS-ə GÖRƏ


23-01-2016, 12:38

Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək.

 

Azərtaym.az AzVision.az-a istinadən  xəbər verir ki, məlumatı MTRŞ yayıb. 

Tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.

Qeyd edək ki, MTRŞ Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. M.Ağayev isə buna cavab olaraq mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.


Geri qayıt