Əsas Səhifə > Əsas xəbərlər > ƏFLATUN Amaşova
ƏFLATUN Amaşova26-02-2016, 13:46 |
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. APA-nın xəbərinə görə, bu məsələ “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək. Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Geri qayıt |