Əsas Səhifə > Əsas xəbərlər > Mədət Quliyevin müavininin KIMLIYI bilindi
Mədət Quliyevin müavininin KIMLIYI bilindi7-03-2016, 19:40 |
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın yaydığı məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamlaİsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib. İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb. DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub. DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub. DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.
Geri qayıt |